Modern.az

İlham Əliyev Süleymenova “Şərəf” ordenini təqdim edib  

İlham Əliyev Süleymenova “Şərəf” ordenini təqdim edib  

Aktual

12 Avqust 2021, 14:13

Azərbaycan Prezidenti İlham Əliyev görkəmli qazax şairi və ictimai xadim Oljas Süleymenovu qəbul edərkən ona “Şərəf” ordenini təqdim edib.

 

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev görüş zamanı Oljas Süleymenovun Azərbaycanın bir neçə ali mükafatı ilə təltif olunduğunu xatırladıb.

 

Dövlət başçısı Oljas Süleymenovun Azərbaycanla Qazaxıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə bu ilin may ayında “Şərəf” ordeni ilə təltif edildiyini bildirib və ordeni görkəmli qazax şairinə təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi