Modern.az

Babək prospektində ağaclıq yanır

Babək prospektində ağaclıq yanır

Aktual

16 Avqust 2021, 18:38

Fövqəladə Hallar Nazirliyinin  "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində ağaclıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-in saytıan istinadən xəbər verir ki, məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

İlkin məlumata əsasən, təxminən 300 m² ərazidə ağaclıq yanır.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı