Modern.az

Türkiyədə sel qurbanlarının sayı 77-ə çatdı - YENİLƏNİB

Türkiyədə sel qurbanlarının sayı 77-ə çatdı - YENİLƏNİB

Aktual

16 Avqust 2021, 22:28

Türkiyədə sel fəlakəti nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Sel fəlakətində Kastamonuda 62, Sinopda 14, Bartında 1 nəfər dünyasını dəyişib.

 

***

21:15

 

Türkiyədə sel fəlakətindən ölənlərin sayı 74 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

“Sel 74 vətəndaşımızın ölümünə səbəb oldu (Kastamonuda 62, Sinopda 11, Bartında 1 nəfər)”, - deyə qurumdan verilən açıqlamada bildirilib.

***

20:07

 

Türkiyədə baş verən sel nəticəsində ölənlərin sayı 72-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Onlardan 60–ı Kastamonuda, 11-i Sinopda, 1-i Bartında həyatını itirib.

 

Sel nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı