Modern.az

İlham Əliyev: “Biz gəldik, düşməni torpağımızdan qovduq” - VİDEO

İlham Əliyev: “Biz gəldik, düşməni torpağımızdan qovduq” - VİDEO

Aktual

16 Avqust 2021, 23:43

“Qamışlı kəndi. Burada bizim enerji infrastrukturumuz və yüksək gərginlikli xətlər bu yaxınlarda çəkilib”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.

 

“Bu asfalt yolunu ermənilər Basarkeçərdən Kəlbəcərə getmək üçün çəkiblər. Laçın dəhlizinə alternativ yol çəkmişdilər. Gözəl də yoldur. Bu yol çəkiləndə Azərbaycan tərəfi buna etiraz etmişdi. Deyirdik ki, buna yol vermək olmaz. Bu, ermənilərin məskunlaşma siyasətinin bir hissəsidir. Ancaq bizi eşidən olmadı. Nəticədə biz gəldik, bayrağımızı qaldırdıq, düşməni qovduq torpağımızdan. Və indi bu yoldan istifadə edirik. Ermənilər isə bu yoldan məhrum oldular. Ona görə bu yolu da hərbi qənimət hesab etmək olar”, - deyə Prezident qeyd edib.

 

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram hesabında paylaşıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı