“İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər şəhərinə sonra gedəcəyik”.
Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.
“Laçında bu gün hava limanının təməli qoyulacaq. Kəlbəcər-Laçın yolu da yenidən ən yüksək səviyyədə qurulacaq. Və indicə təməlini qoyduğum hər iki tunel bu yolu daha da rahat edəcək”, - deyə Prezident bildirib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram hesabında paylaşıb.