Modern.az

Dövlət başçısı: “Erməni faşizminin eybəcər sifəti dəyişmir” - VİDEO

Dövlət başçısı: “Erməni faşizminin eybəcər sifəti dəyişmir” - VİDEO

Aktual

17 Avqust 2021, 00:15

“Artıq Kəlbəcər şəhərindəyik. Erməni vəhşiliyinin təməlləridir bu. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib.

 

“Ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayıblar. Burdan çıxanda da o binaları yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir”, -  Prezident bildirib.

 

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstagram hesabında paylaşıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı