Modern.az

Dövlət başçısı: “Kəlbəcəri yenidən quracağıq” - VİDEO

Dövlət başçısı: “Kəlbəcəri yenidən quracağıq” - VİDEO

Aktual

17 Avqust 2021, 00:35

“Kəlbəcər şəhəri, yolun sağında da, solunda da bir dənə salamat bina yoxdur. Baxmayaraq ki, ermənilərin bir hissəsi Kəlbəcərdə qanunsuz məskunlaşmışdılar, ancaq azərbaycanlılara məxsus evləri yerlə-yeksan etmişlər. İndiki Kəlbəcər şəhəri bax budur”.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti Kəlbəcərə səfəri zamanı deyib.

 

“Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq. Baxın, bütün evlər dağılmış vəziyyətdədir”, - deyə Prezident bildirib.

 

Dövlət başçısının görüntülərini Birinci vitse-prezident Mehriban Əliyeva özünün İnstagram hesabında paylaşıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı