Modern.az

Bayden: “Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?”

Bayden: “Əfqanların döyüşmək istəmədiyi müharibədə biz niyə ölməliyik?”

Aktual

17 Avqust 2021, 09:28

ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı vəziyyətlə bağlı çıxış edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Baydenin sözlərinə görə, ABŞ qoşunlarının Əfqanıstandan çıxarmaq qərarı düzgün verilib:

"Mən hazırda üzləşdiyimiz faktlarla bağlı dərindən kədərlənirəm, amma Amerikanın Əfqanıstanda hərbi əməliyyatlara son qoymaq qərarından təəssüflənmirəm. Mən qəti olaraq verdiyim qərarın arxasında dururam.
Əfqanların özlərinin döyüşmək istəmədikləri müharibədə amerikalıların döyüşməyi və ölməyi düzgün deyil və bu belə olmamalıdır".

Bayden ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə qərarını qətiyyətlə müdafiə edib və bununla bağlı ABŞ-ın ünvanına yönələn tənqidləri rədd edib.

Prezident Taliban hərəkatına da xəbərdarlıq edib. Deyib ki, ABŞ ordusunun çıxarılması prosesinə mane olunmamalıdır, əks halda qarşı tərəf dağıdıcı güclə üzləşəcək: "ABŞ qoşunları Talibanın hücumuna məruz qalarsa, biz öz insanlarımızı dağıdıcı qüvvə ilə müdafiə edəcəyik. Bu müdafiə sürətli və qətiyyətli olacaq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı