Modern.az

Kosmosa uçan milyarder NASA-nı məhkəməyə verdi

Kosmosa uçan milyarder NASA-nı məhkəməyə verdi

Aktual

17 Avqust 2021, 09:52

Milyarder Ceff Bezosa məxsus olan “Blue Origin” şirkəti ABŞ Aerokosmik Agentliyini (NASA) məhkəməyə verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  Bezos NASA-nın aya eniş modulunun hazırlanması üzrə tenderi rəqib “SpaceX” şirkətinə verməsindən narazıdır.

 

Məşhur iş adamı tenderin şərtlərinin pozulduğunu iddia edir.

 

Qeyd edək ki, onun rəqibi, iş adamı İlon Maskın “SpaceX” şirkəti apreldə NASA ilə Ay missiyası üçün 2.9 milyard dollar dəyərində “Starship” kosmik gəmisinin hazırlanması üzrə müqavilə bağlayıb. “Blue Origin”in analoji layihəsi 5.9 milyard dollar dəyərində olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı