2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu günədək respublika üzrə ümumilikdə 43 min 53 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 min 378 nəfəri Azərbaycan, 6 min 675 nəfəri isə rus bölməsi üzrədir.
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir:
- Təhsil Nazirliyinin “Çağrı Mərkəzi” 146-0;
- Təhsil Nazirliyinin +994 51 206 78 48 vatsap nömrəsi;
- Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi.