Modern.az

Oqtay Gülalıyev xəstəxanadan evə buraxıldı

Oqtay Gülalıyev xəstəxanadan evə buraxıldı

Aktual

17 Avqust 2021, 13:45

Hüquq müdafiəçisi Oqtay Gülalıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev "Facebook" hesabında məlumat paylaşıb.

 

Bildirib ki, atası artıq həyatı təhlükəni geridə qoyub:

 

"Durumu müsbətə doğru irəliləyir. Dünən axşam evə köçürülüb. Müalicəsi ev şəraitində davam etdirilir".

 

Qeyd edək ki, O.Gülalyev qarın boşluğunda olan qastrostomik boru çıxdıqdan sonra M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edib. Müayinə və müalicədən sonra evə yazılan xəstənin halı sonradan pisləşib və təkrar Mərkəzə müraciət olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı