Modern.az

Azərbaycanda əlil arabaları istehsal olunacaq - EKSKLÜZİV

Azərbaycanda əlil arabaları istehsal olunacaq - EKSKLÜZİV

Aktual

17 Avqust 2021, 14:35

Azərbaycanda ilk dəfə əlil arabaları istehsal olunacaq.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, əlil arabalarının istehsalına İsmayıllı Velosiped Zavodunda (İSMA BİKE) başlanacaq.

 

Zavodun icraçı direktoru Hafiz Həsənov saytımıza açıqlamasında məlumatı təsdiqləyib

 

O bildirib ki, artıq bununla bağlı Çinlə razılıq əldə olunub.

 

“Üç ay sonra zavodda əlil arabalarının istehsalına başlanılacaq. Çinlə razılaşmışıq, 10-15 gündən sonra xammalları sifariş edəcəyik. Xammal 2-3 ay ərzində ölkəyə gələcəyi üçün təxminən 3 ay sonra əlil arabalarının istehsalına start veriləcək”.

 

Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı