Modern.az

Tankçılarımız döyüş maşınlarının texniki vəziyyətini yoxladı

Tankçılarımız döyüş maşınlarının texniki vəziyyətini yoxladı

Aktual

17 Avqust 2021, 16:45

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən komandalar püşkatmaya əsasən idarə edəcəkləri tankları qəbul edərək onlara baxış keçirib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıb.

 

Qeyd edək ki, Azərbaycan tankçıları avqustun 24-də Belarus, Qazaxıstan və Serbiyadan olan tank heyətləri ilə yarışacaq.
Müsabiqə sentyabrın 4-dək davam edəcəkdir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı