Modern.az

General Mirzəyev Türkiyədən Vətənə döndü

General Mirzəyev Türkiyədən Vətənə döndü

Aktual

17 Avqust 2021, 17:59

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, 17 avqust 2021-ci il tarixində FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

 

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən 2 qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!