Modern.az

İş axtaran müəllimlər üçün vakansiya seçiminin nəticələri açıqlanıb

İş axtaran müəllimlər üçün vakansiya seçiminin nəticələri açıqlanıb

Aktual

17 Avqust 2021, 18:10

11-14 avqust tarixlərində keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi üzrə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimlərində 939 namizəd uğur qazanıb. Seçimlərdə uğur qazanmış namizədlər üçün 18 avqustdan etibarən müsahibə mərhələsinə başlanılacaq. Namizədlər aşağıdakı link vasitəsi ilə müsahibə mövzuları ilə tanış ola bilərlər: //miq.edu.az/movzular

 

Qeyd edək ki, namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

 

Müsahibə mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı