Modern.az

3 güləşçimiz dünya ikincisi oldu - YENİLƏNİB

3 güləşçimiz dünya ikincisi oldu - YENİLƏNİB

Aktual

17 Avqust 2021, 19:08

Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb.

 

Modern.az xəbər verir ki, 79 kq-da Əşrəf Aşırov qızıl medal uğrunda iranlı Məhəmməd Noxodilarimi ilə qüvvəsini sınayıb.

 

Yekunda 5:7 hesabı ilə məğlub olan Aşırov dünya ikincisi olub.

 

Sərbəst güləşçimiz Cəbrayıl Hacıyev 70 kq çəki dərəcəsində final görüşünə çıxıb.

 

***

18:53

 

Modern.az-ın məlumatına görə, idmançımız iranlı İrfan Elahi ilə üz-üzə gəlib. Rəqibinə 5:6 hesabı ilə uduzan Hacıyev gümüş medal qazanıb.

 

Zirəddin Bayramov Rusiyanın Ufa şəhərində keçirilən gənclər arasında dünya çempionatında final görüşünə çıxıb. 65 kq çəki dərəcəsində çıxış edən idmançı rusiyalı Şamil Məmmədov ilə qarşılaşıb.

 

Bayramov da rəqibinə 1:4 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı