Modern.az

Daha bir marşrut xətti “BakıKart”a keçdi

Daha bir marşrut xətti “BakıKart”a keçdi

Aktual

17 Avqust 2021, 19:27

Avqustun 18-dən 130 nömrəli marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Lökbatan qəsəbəsinin İntiqam Əliyev küçəsi, keçid 15/94, Alim Şəbiyev küçəsi, Seymur Orucov küçəsi, “28 may” küçəsi, Xocasən qəsəbəsi Həmid Sultanov küçəsi 97b, Ruslan Allahverdiyev küçəsi, döngə 11/278, Biləcəri dairəsinin Rəşid İsmayılov küçəsi 56 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı