Modern.az

Mədət Quliyev belaruslu həmkarı ilə görüşdü

Mədət Quliyev belaruslu həmkarı ilə görüşdü

Aktual

17 Avqust 2021, 19:29

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev İstanbulda keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

 

Müdafiə Sənayesi Nazirliyindən Modern.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

 

Söhbət zamanı bir sıra digər məsələlər də müzakirə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!