İkinci Qarabağ müharibəsində məhv edilmiş erməni hərbi qulluqçuların cəsədlərinin axtarışı Cəbrayıl rayonunda davam etdirilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarışlar zamanı daha 2 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Onların kimliyi məhkəmə tibbi ekspertizasından sonra təsdiqlənəcək.
Qeyd edək ki, noyabrın 10-dan bu günə qədər azad edilən ərazilərdə 1636 erməni hərbi qulluqçunun cəsədi aşkar edilib.