Modern.az

Ötən gün 64 nəfər toya buraxılmayıb

Ötən gün 64 nəfər toya buraxılmayıb

Aktual

18 Avqust 2021, 09:09

Avqustun 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 21 toy şənliyinin monitorinqini həyata keçirib.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, monitorinq 18 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

 

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

 

-3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

 

-64 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı