Modern.az

Koronavirus xəstəsi İsmayıllıda gəzintiyə çıxdı  

 Koronavirus xəstəsi İsmayıllıda gəzintiyə çıxdı   

Aktual

18 Avqust 2021, 12:26

İsmayıllıda polis əməkdaşları tərəfindən dünən keçirilən nəzarət tədbirləri zamanı koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb.

 

Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı