Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Naftalanın Qaşaltı Qaraqoyunlu kəndindən olan şəhid Elyəddin Cəfərovun evi Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı şəkildə təmir olunub.
Modern.az xəbər verir ki, icra başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, digər məsul əməkdaşlar təmiri başa çatdırılan evdə olublar, aparılan işlərlə yaxından tanış olublar.
Şəhidin yaşadığı evdə adının əbədiləşdirilməsi məqsədi ilə yaradılmış guşə ilə də tanış olublar, keçdiyi şərəfli döyüş yolundan bəhs edilib, əziz xatirəsi anılıb.