Modern.az

Rusiya şirkətləri Azərbaycanda “ağıllı şəhər” quracaq

Rusiya şirkətləri Azərbaycanda “ağıllı şəhər” quracaq

Aktual

18 Avqust 2021, 16:55

Rusiya İxracat Mərkəzi Azərbaycanda "Ağıllı şəhər" biznes-missiyasında iştirak edəcək şirkətlərin seçiminə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Sənaye və Ticarət Nazirliyindən bildirilib.

 

Məlumata görə, Azərbaycan bazarına çıxmaqda maraqlı olan energetika, nəqliyyat, "ağıllı şəhər"lərin tikintisi, dəmir yolu texnikası tədarükü və rəqəmsal texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlığa dəvət olunub.

 

Biznes-missiya ərzində Azərbaycan və Rusiya dövlət qurumlarının iştirakilə xüsusi proqram təşkil olunacaq, həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi