Modern.az

Səyyar avtobus məntəqələrində vaksinasiyaya başlanıldı

Səyyar avtobus məntəqələrində vaksinasiyaya başlanıldı

Aktual

18 Avqust 2021, 18:38

Ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

Bildirilib ki, artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.

 

Vaksin məntəqələrinin ünvanı:

 

Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı)

Əsəd Əhmədov küçəsi,  Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı)

Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı