Modern.az

Konfrans Liqası: “Neftçi” debüt matçına çıxır

Konfrans Liqası: “Neftçi” debüt matçına çıxır

Aktual

19 Avqust 2021, 08:42

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək. 


Modern.az xəbər verir ki, son Azərbaycan çempionu “Neftçi” turnirdə debüt matçına çıxacaq.

Samir Abasovun komandası Bakıda Hayfa “Makkabi”si ilə qarşılaşacaq. İsrail çempionu ilə görüş saat 21:00-da başlayacaq.


Komandalar arasında cavab matçı avqustun 26-da İsraildə baş tutacaq.

 

Qeyd edək ki, həm "Neftçi", həm də "Makkabi" avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb. Burada mübarizəni dayandıran komandalar Avropla Liqasına, oradan da Konfrans Liqasına keçiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!