Modern.az

Komitə sədri: “Biz tarixi torpaqlarımıza qayıdacağıq”

Komitə sədri: “Biz tarixi torpaqlarımıza qayıdacağıq”

Aktual

19 Avqust 2021, 09:21

"44 günlük Vətən müharibəsindən sonra azad edilmiş torpaqlarımızda sürətli quruculuq işləri aparılır. Prezident İlham Əliyev azad edilmiş torpaqlarımıza 10 dəfədən çox səfər edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə növbəti səfəri Kəlbəcər və Laçın rayonlarına olub".

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov deyib. 

 

Onun sözlərinə görə, səfərlər zamanı Prezident, Ali Baş Komandan yerlərdəki vəziyyətlə, artıq başlanmış quruculuq bərpa işləri ilə birbaşa tanış olur, bölgənin perspektivi ilə bağlı planların real tətbiq imkanlarını öyrənir, yeni tapşırıqlar verir.

 

"Daşkəsənə və Goranboya son səfərləri zamanı Prezident İlham Əliyev Kəlbəcərə yolu asanlaşdıracaq layihələr barədə də məlumat vermişdi. “CNN Türk” kanalına müsahibəsində açıq mesajlar verən Prezident İlham Əliyevin iki gün sonra Laçın və Kəlbəcərə səfər etməsi Bakının mövqeyinin və atacağı addımların birbaşa yerindən bəyan edilməsidir.  Səfər həm erməni faşizminin və hamilərinin ifşası, həm sərhədlə bağlı yaranmış vəziyyətə dair Azərbaycanın mövqeyinin ifadə olunması, həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı. Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərin ən qısa vaxtda Azərbaycanın ümumi enerji sisteminə qoşulması, bu ərazilərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Bunun nəticəsidir ki, bu istiqamətdə işğaldan azad edilmiş bütün yaşayış məntəqələrində, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı işlər həyata keçirilib. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti var və cəmi altı ay ərzində bu yarımstansiya ərsəyə gəldi.  

 

Prezident İlham Əliyev səfər zamanı İstisu sanatoriyasının mövcud durumu ilə də tanış olub.  “İndi İstisuya öz əvvəlki şöhrətini qaytarmaq qarşıda duran vəzifələrdən biridir” deyən Prezident İlham Əliyev qeyd edib ki: “Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir. Basarkeçərdən Kəlbəcərə getmək üçün asfalt yol çəkilməsi də qanunsuz idi. Azərbaycan buna zamanında etiraz etmişdir.  Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin.  Biz tarixi torpaqlarımıza qayıdacağıq.  İnanıram ki, Göyçə sakinlərinin də öz doğma ata-baba yurdlarına dönəcəyi zaman uzaqda deyil".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı