Ermənistanın baş naziri Nikol Paşinyan Armen Qriqoryanı Təhlükəsizlik Şurasının katibi təyin edib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.
Digər sərəncamla Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Xatırladaq ki, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini təyin edilməzdən əvvəl Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutmuşdu.
Mətbuatda gedən məlumatlarda iddia olunurdu ki, Moskva “Soros”çu kimi tanınan Armen Qriqoryanın Xarici İşlər Nazirliyinə rəhbər təyin edilməsinin qəti əleyhinə olub.