Modern.az

Azərbaycanda VAR sistemi tətbiq olunacaq

Azərbaycanda VAR sistemi tətbiq olunacaq

Aktual

19 Avqust 2021, 14:13

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, yığıncaq videokonfrans formatında təşkil olunub.

 

Komitə üzvləri bir sıra məsələləri müzakirə edib. Yekunda aşağıdakı qərarlar qəbul olunub:

 

1.Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılsın və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqi nəzərdə tutulsun.

 

2.2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunsun (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).

 

3."2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunsun.

 

4.İntizam Komitəsinin müfəttişi vəzifəsi Namiq Əliyevə həvalə olunsun.

 

5.Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdirilsin. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdirilsin.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı