Modern.az

“Qarabağ” qələbə qazandı - YENİLƏNİB

“Qarabağ” qələbə qazandı - YENİLƏNİB

Aktual

19 Avqust 2021, 22:09

“Qarabağ” avrokuboklarda Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, oyun Ağdam təmsilçisinin üstünlüyü ilə keçib.

 

İlk hissənin ortalarında Xayme Romero qonaqların qapısına yol tapıb.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 26-da keçiriləcək.

 

***

20:36

 

“Qarabağ” və Şotlandiyanın “Aberdin” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

 

Modern.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Xayme Romero 30-cu dəqiqədə topu rəqib qapıdan keçirib.

 

***

20:00

 

Bakıda “Qarabağ” və Şotlandiyanın “Aberdin” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

 

Qarşılaşmanı sloveniyalı Rade Obrenoviç başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!