Modern.az

Meşədə köməksiz qalan şəxs xilas edildi

Meşədə köməksiz qalan şəxs xilas edildi

Aktual

19 Avqust 2021, 22:39

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələr olacaq?