Modern.az

Qaradağda ağır qəza: Sürücü öldü

Qaradağda ağır qəza: Sürücü öldü

Aktual

20 Avqust 2021, 15:41

Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Korgöz qəsəbə sakinləri Bəhman İslamovun idarə etdiyi “VAZ-2107” markalı və F.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində B.İslamov aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən həlak olub.

 

Hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!