Modern.az

Polis karantini pozanları cərimələdi

Polis karantini pozanları cərimələdi

Aktual

20 Avqust 2021, 18:17

Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda – market, mağaza və digər obyektlərdə, eyni zamanda ictimai nəqliyyatda tibbi maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı tövsiyələr verilib, maarifləndirici söhbətlər aparılıb.

 

Qaydalara əməl etməyən şəxslər barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı