Modern.az

Karateçimiz Avropada bürünc medal qazandı

Karateçimiz Avropada bürünc medal qazandı

Aktual

20 Avqust 2021, 20:07

Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı start götürüb.

 

Modern.az xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Aysu Əliyeva 3-cü yer uğrunda görüşdə Ana Lujiçə (Gürcüstan) 5:3 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

 

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı