Modern.az

“Qarabağ”ın oyununa 10 min bilet satıldı

“Qarabağ”ın oyununa 10 min bilet satıldı

Aktual

20 Avqust 2021, 20:38

Şotlandiyada “Aberdin” və “Qarabağ” klubları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa böyük maraq var.

 

Modern.az xəbər verir ki, 22 000 min nəfərlik azarkeş tutumuna malik “Pittodri” stadionunda oynanılacaq qarşılaşma üçün 10 000-dən artıq bilet satılıb.

 

Satışa ümumilikdə 18 000 bilet çıxarılıb. Qiymətlərin qiyməti 6 - 32 funt sterlinq arasında dəyişir.

 

Qeyd edək ki, avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam klubu 1:0 hesablı qələbə qazanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı