Modern.az

Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB

Koronavirus daha çox kişiləri öldürür - SƏBƏB

Aktual

21 Avqust 2021, 09:20

“Hormonal sistemin xüsusiyyətlərinə görə kişilərin koronavirusdan ölmə ehtimalı daha yüksəkdir”.

 

Modern.az xəbər verir ki, bunu rusiyalı tanınmış həkim allergoloq-immunoloq Vladimir Bolibok deyib.

 

Onun sözlərinə görə, bu, kişilərdə testosteronun fəaliyyəti ilə əlaqədardır.

 

"Kişilərdə antitelin yaranma səviyyəsi bir qədər aşağıdır", - deyən həkim vurğulayıb ki, qadınların immun sistemi virusun özünə çatır, antitellərin yoluxmuş hüceyrələrə nüfuz etməsi asan olur.

 

"Qadınların bu xüsusiyyətinin mənfi tərəfi də var: daha çox antitellər bədən hüceyrələrinə hücum etdikdə autoimmun xəstəliklərinə tutulma ehtimalı müşahidə olunur".

 

Həkim, həmçinin qeyd edib ki, COVID-19-a qarşı immunitet təxminən səkkiz ay davam edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı