Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə Buzluq kəndində olub.
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, icra başçısı burada bir qrup sakinlə görüşüb, onların problemlərini dinləyib. İcra başçısı kənddə elektrik enerjisi, rabitə və yol infrastrukturu təminatı, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı mövcud vəziyyətlə yerində maraqlanıb, bu sahədə problemlərin aradan qaldırılnması ilə bağlı müzakirələr aparıb.