Gürcüstanda ötən sutkada daha 4901 nəfər COVID-19-a yoluxub.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Qeyd olunub ki, 2586 nəfər müalicə olunaraq sağalıb, 74 pasiyent isə koronavirusun qurbanı olub. Hazırda ölkədə 61 min 236 aktiv xəstə var.
Bu günədək Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 510 min 941-ə, sağalanların sayı 442 min 956-ya, ölənlərin sayı isə 6 min 723-ə çatıb.