Modern.az

Heydər Əliyev Fondu mərhəmətin, qayğının, sevginin ünvanıdır

Heydər Əliyev Fondu mərhəmətin, qayğının, sevginin ünvanıdır

Aktual

24 Avqust 2021, 11:39

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində mərhəmətin, sülhsevərliyin canlı mücəssəmələrindən sayılır.

 

Bunu Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Millət vəkili Mehriban Əliyevanın Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, Azərbaycan qadınına məxsus yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı olduğunu bildirib:

 

“Azərbaycan və bütövlükdə türk xalqlarının tarixində müstəsna rol oynayan, dövlət quruculuğu, diplomatiya və ictimai-siyasi həyatın bütün sahələrində uğurla fəaliyyət göstərən qadınların sayı az deyil. Onlar öz ömür-gün yoldaşları, övladları ilə birlikdə oddan-alovdan keçərək xalqlarının azadlığı, dövlətlərinin dirçəlişi uğrunda mücadilə aparmış, mərhəmətin, ədalətin, cəsarət və mərdliyin simvollarına çevrilmişlər. Onların adları bu gün də qürurla anılır. Çağdaş Azərbaycan tarixində xalqımızın rifahı, dövlətimizin inkişafı, milli hədəflərimizin gerçəkləşməsi üçün yorulmadan çalışan, milli mədəniyyətimizin dirçəlişində və dünyaya təqdim olunmasında müstəsna xidmətlər göstərən, mədəniyyətlər arasında canlı körpü missiyasını yerinə yetirən Mehriban Əliyevanın xeyirxah əməlləri daim xatırlanacaq və gələcək nəsillər üçün vətənsevərliyin, insanpərvərliyin ən gözəl nümunələrindən birinə çevriləcəkdir”.

 

A.Kərimli qeyd edib ki, Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu mərhəmətin, qayğının, sevginin ünvanıdır:

 

“Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi var. Müasir Azərbaycanın quruculuğunda və inkişafında bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, çevikliyi, iti zəkası, humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb. Onun fəaliyyəti Azərbaycan qadınları üçün nümunəyə çevrilib və idarəetmədə qadınların rolunun artmasında mühüm stimullaşdırıcı faktor rolunu oynayıb. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət sferasında və uğurla fəaliyyət göstərir. Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Məhz bu baxımdan, mübaliğəsiz olaraq, İlham Əliyev-Mehriban Əliyeva tandeminin Azərbaycan tarixinin ən uğurlu tandemi olduğunu deyə bilərik”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı