Modern.az

“Azərişıq” “Məşğulluq marafonu”na qoşuldu

“Azərişıq” “Məşğulluq marafonu”na qoşuldu

Aktual

24 Avqust 2021, 12:07

Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bizim gücümüzü, iradəmizi və birliyimizi göstərdi. İndi isə bu qələbəni bizə bəxş edən şəhidlərimizin ailə üzvləri və qazilərimiz üçün birlik göstərməliyik.

 

“Azərişıq”dan Modern.az-a bildirilib ki, bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başlatdığı, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibədə yaralanmış qəhrəmanlarımızın məşğulluğuna dəstək olmaq məqsədi ilə başladılan “Məşğulluq marafonu” təqdirəlayiq bir addımdır.  “Azərişıq” ASC olaraq biz də “Məşğulluq marafonu”na dəstək olduq, vakant iş yerləri müəyyənləşdirdik. Artıq işə qəbula start verilib.

 

Qəhrəmanlarımızın ailə üzvləri ilə çiyin-çiyinə çalışmaqdan qürur duyuruq. Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı