Hazırda şəhərin Məmməd Məhərrəmov, İsmət Qayıbov və Vidadi küçələrində əsaslı yenidənqurma işləri aparılır, səki yan daşları və gecə işıqlandırma sistemi yenilənir, küçələrə yeni asfalt örtük salınır.
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış olub, müvafiq tapşırıq və tövsiyyələrini bildirib, şəhər sakinləri ilə görüşüb, onların problem və müraciətlərini dinləyib.