Modern.az

FHN əməkdaşları yanğını belə söndürdü - VİDEO

FHN əməkdaşları yanğını belə söndürdü - VİDEO

Aktual

24 Avqust 2021, 17:56

Məlumat verildiyi kimi, 24 avqust 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın hadisəsi barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, hadisə barədə saat 14:35-də daxil olan məlumat əsasında 6 dəqiqə sonra, yəni saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.

 

Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq 9 dəqiqə sonra - saat 14:50-də məhdudlaşdırılmaqla, saat 15:00-da tam söndürülüb.

 

İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplasdan ibarət üzlük 250 kv.m. sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı