Futzal üzrə Çempionlar Liqası davam edir.
Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Araz-Naxçıvan” ilkin mərhələdə son oyununu keçirib.
Joze Alesionun yetirmələri Latviyada təşkil olunan F qrupunun III turunda yerli “Raba” ilə görüşüb. Matçın gedişində bir neçə dəfə məğlub duruma düşən təmsilçimiz sonda əzmkar qələbə qazana bilib. Lakin top fərqinin az olması “Araz-Naxçıvan”ın birinci yer şansının üstündən xətt çəkib.
Qrupun digər oyununda Cəbəllütariq “Europa”sı ilə görüşən “Kampuksen Dinamo” 14:3 hesablı darmadağına sevinib. Bu, Finlandiya klubunu qrup qalibi kimi növbəti mərhələyə daşıyıb.
Qrupumuzda ikinci olan “Araz-Naxçıvan”ın taleyi mərhələnin bitməsindən sonra bəlli olacaq. Ən yaxşı qrup ikincisi də əsas mərhələyə vəsiqə qazanacaq.