Modern.az

Qəbələdəki yanğın söndürüldü

Qəbələdəki yanğın söndürüldü

Aktual

3 Sentyabr 2021, 17:45

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 

İlkin hesablamaya əsasən, təqribən, 100 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

 

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Müki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 3 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!