Modern.az

“Azəriqaz” Zirə sahibkarlarının problemlərini dinləyəcək

“Azəriqaz” Zirə sahibkarlarının problemlərini dinləyəcək

Aktual

20 Sentyabr 2021, 14:40

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Zirə kəndində təşkil olunacaq.

 

Modern.az xəbər verir ki, istehlakçıların tərəvəz məhsullarına olan təlabatının əhəmiyyətli hissəsini öz üzərinə götürən bu kəndin istixana sahiblərinin problem və təklifləri dinləniləcək.

 

“Səyyar qəbul otağı” sentyabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı