Modern.az

Azad olunan ərazilərdə daha 63 mina tapıldı

Azad olunan ərazilərdə daha 63 mina tapıldı

Aktual

20 Sentyabr 2021, 14:43

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, sentyabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 59, tank əleyhinə 4 mina və 85 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

Nəticədə 324 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı