Modern.az

Avropa Parlamentinin prezidenti xəstəxanaya yerləşdirildi

Avropa Parlamentinin prezidenti xəstəxanaya yerləşdirildi

Aktual

21 Sentyabr 2021, 07:09

Avropa Parlamentinin prezidenti David Sassoli pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Həkimlər onun vəziyyətini normal qiymətləndirirlər.

 

"Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilib. Onun vəziyyəti yaxşıdır", - siyasətçinin mətbuat xidməti bildirib.

 

Qeyd edək ki, 65 yaşlı Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılıb. Bundan əvvəl bildirilib ki, Sassoli koronavirus testi verib, nəticə mənfi olub.

 

O, ilk dəfə ötən ilin martında koronavirusa görə karantinə alınıb. Sassoli Brüsseldə evində həkim nəzarəti altında saxlanılıb.

 

Həmin vaxt Avropa Parlamentinin prezidentinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi