Modern.az

Koronavirusa yoluxanların sayı artır - ÜST

Koronavirusa yoluxanların sayı artır - ÜST

Aktual

21 Sentyabr 2021, 08:49

Pandemiya ərzində dünyada koronavirus infeksiyasına ümumilikdə 228 394 572 yoluxma qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST məlumat yayıb.

 

Qeyd edilib ki, son bir gün ərzində dünyada COVID-19-a daha 453 600 yoluxma aşkarlanıb.

 

Məlumata görə, COVID-19-dan ölən pasiyentlərin sayı 4 690 186 nəfərə çatıb. Siyahıda ilk yerləri ABŞ, Braziliya, Hindistan və digər ölkələr bölüşür.

 

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi