Modern.az

Oktyabrın 1-dən peyvənd pasportu olmayan taksi sürə bilməz - VİDEO

Oktyabrın 1-dən peyvənd pasportu olmayan taksi sürə bilməz - VİDEO

Aktual

21 Sentyabr 2021, 11:49

Oktyabrın 1-dən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq.

 

Modern.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Xəzər xəbər”ə bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər mütləq qaydada koronavirusa qarşı peyvəndin ikinci dozasını qəbul etməlidirlər.

 

Onun sözlərinə görə, sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma fəaliyyəti göstərə bilərlər: 

 

“Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı