“Bakıda yeni inşasına başlanan metro stansiyası Bənövşəyi xəttin “Avtovağzal”, “Əcəmi” və “8 Noyabr”davamı olan 4-cü stansiyadır”.
Modern.az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti departamentinin baş mühəndisi Yaqub Musayev bildirib.
Y.Musayev qeyd edib ki, stansiya yeni üsulla inşa ediləcək:
“Bu stansiyanın inşası qurundda divar üsulu ilə inşa ediləcək. Əvvəlcə divar betonlanandan sonra qazıla-qazıla aşağı tikilir. Stansiyadan “8 Noyabr” stansiyasına doğru tunel artıq tam hazırdır. Hazırda tikinti 3 növbəli davam edir. Stansiyanın tikildiyi ərazi mürəkkəb geoloji şəraitdir. Ona görə də tikinti zamanı qatrşılaşacağımız situasiya barədə indidən danışmaq mümkün deyil”.
Qurum rəsmisi stansiyanın hazır olacağı vaxtla bağlı proqnoz verməyin çətin olduğunu deyib:
“Stansiyanın gövdə hissəsi inşa ediləndən sonra proqnoz verilə bilər. Ola bilər ki, mürəkkəb çətin şəraitlə rastlaşaq və müəyyən ləngimələr qeydə alınsın”.