Modern.az

Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsahibənin nəticələri açıqlandı

Aktual

21 Sentyabr 2021, 17:16

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

 

Bu barədə Modern.az-a Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən bildirilib.

 

Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilən müsahibələrdə namizədlərə biliyi və metodiki hazırlığını, sağlamlıq imkanları məhdud şagirdlərlə işləmək qabiliyyətini yoxlayan suallar təqdim olunub.

 

Qeyd edək ki, müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı